Tanınmış prodüserin vəziyyəti ağırdırbackend

Tanınmış prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.

Bu barədə prodüserin rəfiqəsi, aparıcı Fira Cəlilova məlumat verib.

Onun sözlərinə görə, S. Cahid bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin uroloq-androloqu Dr. Niyaməddin Əliyev tərəfindən əməliyyat olunub. İddiasına görə, həkim səhvi ucbatından prodüserin səhhəti daha da pisləşib, böyrəyinə qoyulan stend çıxarıldıqdan sonra hərarəti artıb: “Vəziyyəti kritikdir, Türkiyəyə aparılıb.

Orada həkimlər təcili konsilium ediblər. Bildiriblər ki, cərrahi müdaxilə zamanı infeksiya keçib. Qırmızı qan hüceyrələri də həddən artıq düşüb. Bakıda olan həkim isə telefonlara cavab vermir”.Qafqazinfo