Tanınmış proqramist uğurlarını bölüşdü: “Facebook” Reklam Marketinq Partneriyəm” – MÜSAHİBƏbackend

 Sizdə bu sahə üzrə maraq və həvəs necə yarandı?

– Mənim bu sahə üzrə marağ və həvəsim az yaşlarımnan başlayıb. Hal-hazırda Sosial Media Meneceri fəaliyyəti üzrə isə 2014-cü ildən bu günümüzə qədər işimi sevərək davam etdirirəm.

– Gələcək iş həyatınızla bağlı nə kimi planlarınız var?

– Gələcək iş həyatımla bağlı olan planlardan biri də Hal hazırda təhsil aldığım “İnformasiya Texnologiyalar Sistemi”  ixtisası üzrə Ali məktəbi bitirib, İxtisasım üzrə iş qurmaqdır.

– Ən böyük uğurunuz?

– 2020-ci ildə “A Media Group” MMC tərəfindən İlin Proqramisti adına layiq görülüb mükafatlandırılmışam. Ən böyük uğurlarımdan biri də  “Facebook” və “Instagram” tərəfindən mənə verilmiş reklam meneceri sertifikatım var. Həmçinin mən “Facebook” Reklam Marketinq Partneriyəm.

– Sosial şəbəkələr üzrə fəaliyyətinizi necə dəyərləndirirsiniz?

– Bütün sosial şəbəkələrdə (“Facebook”, “Instagram”, “Odnoklassniki”, “Twitter”, “TikTok” və s.) hesablarda yaşanan problemlərin öhdəsindən uğurla gəlirəm. Hal-hazırda da bir çox tanınmışların sosial şəbəkə hesabları ilə bağlı təhlükəsizlik və digər işləri mənim tərəfimdən idarə olunur.

– Bu gənc yaşınızda bu qədər uğurunuzun olmağı özünüzlə qürur duymağa kifayət edir? 

– Hazırda gənc yaşımda qazandığım uğurlara baxmayaraq, yenidən öz üzərimdə çalışaraq daha da yeni uğurlar əldə etmək üçün çalışıram.