Tanınmış şairin oğlu dənizdə batdı – FOTObackend

Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir.

“Yeni Gündəm”-in xəbərinə görə, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur.

Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat verib: “Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”.