“Tanrı peşəmizə, dövlət və xalqımıza olan sevgimizi sarsıtmasın…”-TANINMIŞ JURNALİST YAZIRbackend

Mən bu adamları, Nurlanını, Əslisini, Orduxanını, Emilini, Məhəmmədini və sair çox yaxşı tanıyıram, dabbaqda gönlərinə bələdəm.

İndi diqqətlə baxsanız mediadan yetişib çıxan dörd adamı hədəf ediblər.

Yuxarıda sadalanan adların bəzisi daxil, hələ trol sürüləri də “işləyir”. İki deputat və bir media katipanı, bir dövlət qulluqçusuna qarşı. Arzu Nağıyev, Rauf Arifoğlu, İbrahim Məmmədov və Qənirə Paşayeva.

Hər üçün, mənim üçün bütün digər statuslarından əvvəl jurnalistdir. Hər üçün bu məmləkətin yetişdirdiyi ən ağır sınaqlardan çıxan milli kadrdır. Hansı ki, bu gün məhz bu sıradan, milli kadroloji problemlərdən dolayı axsayırıq.

Ən bacib olanı unutmayın və yaxın əyləşin bunun başımıza niyə gəlməsinə, öz fərdi mövqeyimi deyim sizə. İnanan inansın, inanmayanı vicdanına həvalə edirəm. Zaman-zaman bunu edən və etdirən töküntülərdən yazıram.

Trol sürüsündən, küçə mediasının yetişdirdiklərindən. Anlayıram ki, prespektivi olan adamlara qısqanclıq, acizlərdə və natamamlıq sindromundan əziyyət çəkənlərdə hər zaman qıcıq, hikkə doğurur. Onu da anlayıram ki, bu meydanı onlara özümüz və verənlər verib…

Təəssüf edirəm, illərin yetişdirdiyi media adamları indi küçə mediasından yetişənlərin, “söyüş müxalifət”inin trollarının və xaricdə əyləşən “vətənpərvərlərin” hədəfinə çevrilir. Bu ünsürlərin əliylə adamları aşağılatdırır, təhqir olunmaları üçün şərait yaradırlar. İryəncdir, çox iyrənc!

Bəs bütün bunlar niyə baş verir? Bu kimi ünsürlərlə mübarizə üçün milli medianın gücü O milli medianın ki, o, Raufun da, Qənirənin də, Arzunun da, İbrahimi də soyadlarından və statuslarından öncə tək adlarının nə ifadə elədiyindən xəbədardır.

Bu adların hər biri, ayrılıqda ciddi milli gücüdür. Ancaq ədədbsiz sürü qarşısında onlar belə bəzən mat, bəzən müdafiəsiz qalırlar.Bu gün medianı kurasiya edən qardaşlarımız, peşəkarları dəvət edib, onlarla məhz bu kimi mövzulsrı çözməlidir. Niyəsə lazım bilmirlər. Daha dəqiqi guya bəyənmirlər. Kökündən səhv yanaşmadır.

Unutmayın, əzizlər, ölkənin informasiya siyasətinin yükü qəbul etsəniz də, etməsəniz də sizin seçdiyiniz yox, seçmədiyiniz adamların çiynindədir. Inanın səmimiyyətimə, bu yükü nəinki seçdikləriniz, hətta siz də çəkə bilməzsiniz. Bu gün ölkədə bir sözü, bir telekanal, bir xəbər holdinqindən güclü media adamları var.Amma ölkənin media sektorunda hərə başına bir dəstə yığıb, hurrey siyasəti qurub, bu da faktdır.

Hərə bir küncdə dövlətin media siyasətinə ayırdığı pulu, bildiyi kimi göyə sovurur. Alınmır, alınmayacaq, ta o çağacan ki, yaraşığa, bahalı geyimə, nə dedinizsə qayıdıb baş üstə deyib, sonra sizi satıb qaçanlara yox, o qədər yaraşıqlı olmasa da, daha peşəkar olanlara üz tutacaqsınız, onları sayacaqsınız.

Mənsə öz gördüyümü etiraf edirəm. Bu gün milli medianın has adamları olsa da, ölkəni bir ovuc tərbiyəsiz, küçə mediasından “sima” olaraq yetişmişlər “fırladır”. Pribaltikadan, Avropadan gələn pullarla. Bu gün Qarabağ olayında da anti-Azərbaycan mövqeyindədir bu sürü.

Ölkə mediası fədakarların çiynində, Allah ümidinə yol gedir…Hara? O hələ bəlli deyil!..Bir şey dəqiqdir b iz mediadakı o təhlükəli sürünün arxasıyca gedirik, indilik onu əzib keçmək üçün əlimiz zəifdir.

Tanrı öz gücümüzü özümüzə çox görməsin…

Tanrı peşəmizə, dövlət və xalqımıza olan sevgimizi sarsıtmasın…

Dövlət bu istiqamətdə çox dəqiq, ciddi hesablanmış istiqamət seçmənli, hədəf müəyyən etməli və bu işin icrası min yox, bir əldə cəmlənməlidir.

Buna böyük ümidlə…

Jalə MÜTƏLLİMOVA,

19.07.2020