Tarix də açıqlandı: İyunun 3-də…backend

Futbol üzrə Portuqaliya çempionatında mövsüm iyunun 3-də davam etdiriləcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə yarışın rəsmi saytı bildirib.

Yarışın təşkilatçıları artıq Primeyranın 33-cü tura qədər oyunlarının yarış cədvəlini də yayımlayıblar.

İyunun 3-də keçiriləcək 25-ci turda “Portimonensi” “Jil Visente” ilə, “Famalikan” “Limana” ilə qarşılaşacaq. İyunun 4-də “Maritimu” “Vitoriya Setubal”u, “Benfika” “Tondela”nı sınağa çəkəcək.

Həmin gün həmçinin “Vitoriya Qimaraynş” “Sportinq”lə üz-üzə gələcək.

Cümə günü, iyunun 5-də “Santa-Klara” “Braqa” qarşılaşması baş tutacaq. Elə həmin gün “Aveş” “Belenenseş”lə gücünü yoxlayacaq. İyunun 6-da, şənbə günü “Boavişta” – “Moreyrensi” “duel”i baş tutacaq.

İyunun 7-də, bazar günü “Riu Ave” ilə “Paşsu di Ferreyra” kimin daha güclü olmasını ayırd edəcəklər.

Portuqaliya çempionatında mövsüm martın ortalarında koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Hazırda Primeyra cədvəlinə “Portu” başçılıq edir.Report