Tatar Prezidentinin Azərbaycana başsağlığı mesajıbackend

Prezident Ersin Tatar helikopter qəzasında həyatını itirənlərə görə Azərbaycan xalqına başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, yayımladığı mesajda Tatar “Özüm və dövlətim adından Azərbaycan xalqına və Azərbaycan hökumətinə başsağlığı və səbr diləyirəm” deyib.

Prezident Tatar 14 soydaşımızın ölüm xəbərinin böyük kədərə səbəb olduğunu ifadə edərək, “Bu faciəvi qəzada həyatını itirən Azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin; Onların kədərli ailələrinə, əziz Azərbaycan xalqına və Azərbaycan hökumətinə öz adımdan və dövlətim adından başsağlığı verir, səbr diləyirəm”.