Taxıl ixracı qadağan edildibackend

Gürcüstanın Baş naziri İraklli Qaribaşvili ölkədən taxıl ixracının qadağan edilməsini nəzərdə tutan fərmanı imzalayıb.

Hökumət qərarın qida təhlükəsizliyi ilə əlaqəli olduğunu bəyan edib.

“Rusiya-Ukrayna müharibəsinə görə dünyada qida təhlükəsizliyi ilə əlaqədar Gürcüstandan buğda və arpanın ixracı 1 iyul 2023-cü ilədək qadağan edilir”, – deyə hökumətin açıqlamasında bildirilib.

Taxıl ixracına qadağa iyulun 4-dən tətbiq ediləcək.

APA