“Tayvan ətrafında gərginliyi artırmağa yönəlmiş hərəkətləri pisləyirik” – Lukaşenkobackend

Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, o, Çinin beynəlxalq gündəmini “tam dəstəkləyir”.

“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki,o bildirib ki,Minsk və Pekin “eyni siyasəti aparır”.

“Çin çoxqütblü dünyanın tərəfdarıdır. Eyni siyasətimiz var. Ümumiyyətlə, Çinin daxili siyasəti ilə Belarusun daxili siyasəti arasında çoxlu ümumi cəhətlər var. Biz beynəlxalq gündəmi tam dəstəkləyirik. Eyni prinsiplərə əməl edirik. Ölkələrimiz beynəlxalq gündəliyin əsas məsələlərində bir-birini qətiyyətlə dəstəkləyir. Biz Tayvan ətrafında gərginliyi artırmağa yönəlmiş hərəkətləri pisləyirik”, – Lukaşenko bildirib.

Çin dövlət mediasının məlumatına görə, prezident Si Cinpin bildirib ki, Çin Belarusla ikitərəfli münasibətlərin yüksək səviyyədə sağlam və sabit inkişafına kömək etmək üçün işləməyə hazırdır.

Fərahim Rəhimov