Tbilisidə keçirilən genişmiqyaslı aksiyada Saakaşvilinin xalqa müraciəti oxundu…backend

Tbilisidə keçirilən genişmiqyaslı aksiyada eks prezident Mixeil Saakaşvilinin ictimaiyyətə müraciəti oxunub.

“Yeni Gündəm” xəbər verir ki, sabiq prezidentin məktubunu “Mtavari Arxi” telekanalının rəhbəri Nika Qvaramia oxuyub.

M. Saakaşvili xalqa müraciət məktubunda deyib:

“Hər birinizi salamlayıram. Hazırda sizin yanınızda olmağı geridə qalan ömrümə dəyişərdim. Sizdən bir əl uzaqlığındayam, ancaq yanınıza gələ bilmirəm. Mənim başlıca arzum odur ki, gürcülərin firəvan, azad və ədalətli dövləti olsun. Bizim, qədim Arvopalıların Avropa dövləti olmalıdır.

Bu gün niyə Gürcüstandayam? Çünki mənim sevimli vətənimdə bu qədər bədbəxtlikləri gördüyüm zaman doğma olan Ukraynada və ya digər ölkədə qala bilmərəm. Ölkədən xalqın kütləvi şəkildə necə çıxmasını və Gürcüstanın necə boşaldığını sakit izləyə bilmərəm. Buradayam və ölkədə qalmaqla bağlı kəskin qərarım var.

Mən bununla rejimin məğlub edilməsinə, gürcü xalqının korrupsiya, ədalətsizlik və çökməyə qarşı mübarizəsinə öz, töhvəmi vermək istəyirəm. Gürcü xalqı ilə birlikdə vətənimizi Putinin Rusiyasına doğru sürükləyən İvanişvili rejiminin qarşısında dayanacağıq.

Gürcüstanı qərb yoluna qaytarmalı, demokratiya, islahatlar və inkişaf şükranına çevirməliyik. Bunun üçün ölkənin daxilində və onun sərhəddlərindən kənarda hər birimiz birləşməliyik. İndi nə partiya nə də digər cəhətdən bölünmək vaxtı deyil. Gürcüstanın xilasının vaxtıdır və bunun üçün ən önəmli olan şey birlikdir,” – deyə Saakaşvili məktubunda bildirib.