Tbilisidə minlərlə insanın iştirakı ilə “Mişaya Azadlıq” adlı genişmiqyaslı etiraz aksiyası başlayıbbackend

Ölkənin müxtəlif regionlarından gələn vətəndaşlar “Mişaya Azadlıq” şüarları ilə Azadlıq Meydanına toplaşıblar.

“Yeni Gündəm”in məlumatına görə, aksiyaya bölgələrdən minlərlə insan qatılıb. Etirazçıların əsas tələbi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin azad olunmasıdır. Eyni zamanda aksiya iştirakçılarından bəziləri Mixail Saakaşvili həbsdən çıxana qədər Tbilisidə qalacaqlarını və mitinq keçirəcəklərini söyləyirlər. Aksiyada həmçinin Mixeil Saakaşvilinin vətəndaşlara müraciəti oxunacaq.

Qeyd edək ki, hazırda Respublika Meydanında nəqliyyatın hərəkəti dayandırılıb və əraziyə çox sayda Polis qüvvələri səfərbər edilib.