TƏBİB-dən koronavirusla bağlı SON AÇIQLAMAbackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 19-a olan statistik göstəriciləri açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 310 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 240 220 test aparılıb.