Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi məlumat yayıb.
Məlumatsa bildirilir ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.