TƏBİB sədri virusa yoluxan həkimlərdən danışdıbackend

“Həkimlərdən də virusa yoluxanlar var”. 

“Yeni Gündəm”in verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, pandemiya xəstəxanasında cəmi 1 həkim virusa yoluxub: “Qalanları digər sahədə işləyən tibb işçiləridir. Orada tibbi heyətin laqeydliyi ucbatından belə hal yaranıb”.