“Təbii ki, bu məqalə sifarişlə yazılıb”-Deputatdan Fransa mediasının qərəzli məqaləsinə reaksiyasıbackend

Yanvarın 5-də Fransanın “Şarli Ebdo” jurnalında  Azərbaycan əleyhinə qərəzli yazı dərc olunub.

“Yeni Gundem” xəbər verir ki,Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevil Mikayılova Fransa jurnalının qərəzli mövqeyinə cavab verib.

“Ötən gün Fransanın “Şarli Ebdo” jurnalında eyni motivdə Azərbaycan əleyhinə qərəzli yazı dərc olunub. Yazıda Azərbaycanın guya Ukrayna müharibəsindən istifadə edərək Ermənistana və Qarabağda yaşayan ermənilərə təhlükə yaratması kimi sərsəm ideya səsləndirilib. Təbii ki, bu məqalə sifarişlə yazılıb və Fransanın Azərbaycana siyasi hücumlarını davam etdirdiyinin göstəricisidir. Təəssüf ki, “Şarli Ebdo” kimi bir sıra media resursları obyektivlikdən uzaq dayanır, hadisələri jurnalistika prinsiplərinə uyğun deyil, müxtəlif dairələrin istəklərinin ifadəçisi kimi təqdim edirlər. Bu isə onların aparılan anti-Azərbaycan kampaniyasının bir hissəsinə çevrildiyini göstərir.”

Fərahim RƏHİMOV