Təbriz Məhərrəmoğlu Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı Təmsilçisi ilə görüşdü – FOTOLARbackend

Bu gün “Gündəm Media Group” şirkətinin rəhbəri, Yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı Təmsilçisi Mustafa Kamal Bəyazbayramla görüşüb.

“Yeni Gündəm”in məlumatına görə, görüşdə qardaş ölkələrimiz arasındakı münasibətlərin, eləcə də Azərbaycan Respublikası ilə turizm, media və s. sahələrdə əlaqələrin inkişafı, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparıldı.

Baş redaktor iki ölkə arasındakı müxtəlif istiqamətli əlaqələri yüksək dəyərləndirib. Təbriz Məhərrəmoğlu Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər haqqında danışıb, ölkəmizin regionda oynadığı böyük rola toxunub. Qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə başa çatıb, işğal altında olan torpaqlarımız düşməndən azad olunub. Bu tarixi qələbə bizim həyatımızı daha maraqlı, daha işıqlı və məsuliyyətli edib.Var olsun dəmir yumruğumuz, var olsun cənab prezidentimiz İlham Əliyev.

Sonda səfir qeyd etdi ki, inanıram ki, bizim media sahəsində əməkdaşlığımız xalqlarımızı daha da yaxınlaşdıracaq.

Ayşən Rəhim