TƏCİLİ! Bakıda yaşayış binasında yanğın başladı – VİDEObackend

Hadisə Suraxanı rayonu, Yeni Günəşlidə mənzildə qeydə alınıb.

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Suraxanı rayonu, Yeni Günəşlidə mənzildə qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Süni maneə səbəbindən yanğınsöndürənlər bir müddət binaya yaxınlaşmaqda çətinlik çəkiblər.

Həmin görüntüləri təqdim edirik: