TƏCİLİ! Ermənilərdən Ağdam və Zəngilanda DƏHŞƏTLİ TƏXRİBAT: Hidrogen bombası ilə…backend

“Mən əvvəlcə Ağdamdan, sonra isə Zəngilandan, Cəbrayıldan və digər irili-xırdalı Azərbaycan kəndlərindən geridə qalanları görəndə özümdən soruşdum: “Axı bu ərazilərdə necə döyüşlər gedib ki, bir dənə də olsun qapı və pəncərə, yaxud salamat ev qalmayıb? Ermənistan Ağdam və Zəngəlan istiqamətində hidrogen bombasından istifadə edib?”

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri özünün sosial şəbəkə hesabında erməni müəllif Ruben Vartazaryan səsləndirib. Onun fikirləri nəinki sosial şəbəkələrin erməni seqmentində, hətta bütün Ermənistanda səs-küy yaradıb:

“Hörmətli oxucular! Yəqin ki, monqol hücumları haqda eşitmisiniz. Təxminən 1000 il bundan əvvəl monqolların düşmənin yaşayış məntəqələrini necə ələ keçirmələri, sonra talan etmələri, daşı-daş üstə qoymamaları haqda təsəvvürünüz var. Siz mütləq buna oxşar bir şey eşitmisiniz. Çünki uşaqlarını monqollarla qorxudan insanların əksəriyyəti cəmi 1000 il sonra öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların əmlakını talamaqla məşğul olurdular” – Ruben Vartazaryan deyib .Kaim.az