TƏCİLİ! Fazil Mustafanı güllələdilərbackend

Bu gün Milli Məclisin deputatı Fazil Mustafa Bakıda güllələnib.

“Yeni Gundem” xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.