Ukrayna Ordusu Rusiya ərazisinə daxil olub.
“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki,bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Milli Qvardiyadan Ukrayna diversantlarının girdiyi Bryansk rayonunun sərhəd bölgəsində mövcud vəziyyətlə bağlı məlumat alır.
“Prezident Putin Kremldədir, o, mütəmadi olaraq təhlükəsizlik güclərindən, xüsusən də Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovdan, müdafiə naziri Şoyqudan və Milli Qvardiyanın rəhbəri Zolotovdan hesabatlar alır. “Söhbət ukraynalı yaraqlıların hücumu ilə bağlı Bryansk vilayətində cərəyan edən hadisələrdən gedir”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, Putin Bryansk rayonunun qubernatoru Aleksandr Boqomazla əlaqə saxlayır.
“Putin Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazdan yerlərdə vəziyyət və ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər haqqında məlumat alır”, – Peskov qeyd edib.
Onun sözlərinə görə, Bryansk rayonunda “Ukraynalı yaraqlılar terror aktı təşkil ediblər”.
“Söhbət terror aktından gedir. “Hazırda bu terrorçuların məhv edilməsi üçün tədbirlər görülür”, – Peskov bildirib.
Rusiya mətbuatı Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaza istinadən xəbər verir ki, “Ukraynalı diversantlar hazırda döyüşlərin getdiyi bölgənin iki kəndinə daxil olublar”.
Fərahim Rəhimov