TƏCİLİ! Vilayət Eyvazov 2 rəis və 6 polis inspektoru işdən çıxardıbackend

Bu gün DİN-i Vilayət Eyvazovun müvafiq əmri 2 rəis və 6 YPX inspektoru tutduqları vəzifədən azad olunublar.

“Yeni Gündəm” xəbər verir ki,  Xaçmaz RPŞ-nin DYPB-nin rəisi Quliyev Elnur Heydər oğlu və Şabran RPŞ-nin DYPB-nin rəisi Bəşirli Vasif Bəliyar oğlu nazirin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər.

Bundan başqa Xaçmaz RPŞ-nin DYPB-nin 6 YPX inspektoru işlərində yol verdikləri nöksanlara görə DİN orqanlarından xaric ediliblər.

Onlar Balaqadaşov Rəşad Məzahir oğlu,Haciyev Ruslan Aslan oğlu,Əkbərov Elsəvər Məmmədağa oğlu,Həmidov Rüstəm Şahlar oğlu,Şirəliyev Rəşad Güləli oğlu və Rəcəbov Azad Süleyman oğludur.

Qaynaq