TƏCİLİ: Zəngilana hücum edən düşmən məhv edildi, ƏSİRLƏR VAR – SON DƏQİQƏbackend

Erməni təxribatçılarının gecə saatlarında Ermənistan ərazisindən Zəngilan bölgəsinə keçməsinin qarşısı alınıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə hərbi ekspert Rizvan Hüseynov feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, 9 nəfərə yaxın diversant Zəngilan ərazisinə keçməyə çalışarkən zərərsizləşdirilib. Diversantlardan bir neçəsi məhv edilib, ikisi isə əsir götürülüb.

Hazırda hərbçilərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca diversantların axtarışı əməliyyatını davam etdirir.