Tədqiqat: Yuxusuzluq təxminən 10 il ərzində iflicə səbəb ola bilərbackend

Alimlər müəyyən ediblər ki, yuxusuzluqdan əziyyət çəkən insanlar təxminən 10 ildən sonra insult riski ilə üzləşə bilər.

“Yeni Gundem”-in xəbərinə görə, Neurology elmi jurnalında dərc olunan araşdırma çərçivəsində 2002-2020-ci illər arasında daha əvvəl insult keçirməyən insanlar müşahidə edilib.

Orta yaş həddi 61 olan tədqiqat qrupunda olan insanların 57 faizi qadınlardır.

Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutu tərəfindən hazırlanan Sağlamlıq və Təqaüd Araşdırması (HRS) məlumatlarından istifadə edərək, Dr. Wendemi Sawadogo və komandası insom riski ilə yuxusuzluq əlamətlərini əlaqələndirdi.

Virciniya Birlik Universitetindən Sawadoqonun tapıntıları, yuxusuzluğu olmayan insanlarla müqayisədə “yüngül” və “ağır” yuxusuzluğu olan insanların təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərib.

Sawadogo, şiddətli yuxusuzluğu olan insanların da şəkər, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır.

Digər tərəfdən, yuxusuzluğu olmayan 50 yaşdan yuxarı insanlarla müqayisədə bu problemi yaşayan 50 yaşdan aşağı insanlarda insult riskinin daha yüksək olduğu müəyyən edilib.

Yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bir çox müalicə üsulunun olduğunu xatırladan Sawadogo, gələcəkdə insult riskini azaltmaq üçün erkən diaqnoz və müalicənin əhəmiyyətini vurğulayıb.

Yuxusuzluqdan əziyyət çəkənlərin bunu bir xəstəlik olaraq görmədiyinin vurğulayan Sawadogo, yuxusuzluq mövzusunda maarifləndirmənin vacib olduğuna diqqət çəkib.

Mənbə: TrtHaber

Aynur Camal