Tədris Cərrahiyyə Klinikasında elektrik enerjisinin verilməsi bərpa olunubbackend

Nəsimi rayonu ərazisində elektrik enerjisinin təchizatında yaranan nasazlıq səbəbindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında elektrik enerjisinin verilməsində bir neçə dəqiqəlik lokal fasilə yaranıb.

ATU-nun Tədris Cərrahiyyə Klinikasından “Yeni Gundem”-ə verilən məlumata görə, dərhal generatorların işə salınması nəticəsində elektrik enerjisinin verilməsi bərpa olunub.

Qeyd edək ki, elektrik enerjisinin təchizatında yaranan fasilə klinikanın reanimasiya və digər müalicə şöbələrini əhatə etməyib.