Tehran Mənsimov əməliyyat olundubackend

Şuşanın azad olunmasında müstəsna xidməti olan əfsanəvi komandirlərdən biri Tehran Mənsimov cərahiyyə əməliyyatı keçirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə hərbçinin yaxınları bildirib. Məlumata görə, üç gün əvvəl əməliyyat edilən Mənsimovun durumu yaxşıdır.

Xatırladaq ki, dünən Prezidentin sərəncamı ilə Tehran Mənsimov “Azərbaycan bayrağı ordeni ilə təltif olunub”.

Qeyd edək ki, bəzi mənbələr Tehran Mənsimovun hərbi xidmətdən kənarlaşdırıldığını və cəbhə bölgəsində çəkdiyi video çəkilişlərə görə istintaqa çağrıldığını da iddia edib.Gününsəsi