Təhsil işçilərinin nəzərinə – Baş Nazir qərar imzaladıbackend

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsiaparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov qərar imzalayıb.

Bu barədə “Yeni Gundem-ə məlumat Nazirlər Kabinetinin mətbuat xidmətindən daxil olub.

Qərarda deyilir:

“Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 fevral tarixli 3765 nömrəli Sərəncamının

2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsiaparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 330, № 3, maddə 613, № 12 (II kitab), maddə 2741; 2019,     № 9, maddə 1549; 2022, № 1, maddə 68; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-cı hissədə “792”, “714”, “636” rəqəmləri müvafiq olaraq “871”, “785”, “700” rəqəmləri ilə əvəz edilsin;
1.2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.4. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.5. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə – “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.6. Həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə – “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).  2. Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Fərahim Rəhimov