Təhsil naziri Goranboyun Tapqaraqoyonlu kəndində keçirilən “Son zəng”də iştirak etdibackend

Təhsil naziri Emin Əmrullayev Goranboy rayonunun Tapqaraqoyonlu kəndində keçirilən “Son zəng” tədbirində iştirak edib.

“Yeni Gündəm”-in xəbərinə görə, nazir əvvəlcə Goranboy rayon İcra Hakimiyyətininin başçısı Məhərrəm Quliyevlə birgə kənddə Azərbaycanın Milli qəhrəmanı Niyazi Aslanovun büstünü, Tapqaraqoyunlu kəndindəki Şəhidlər xatirə kompleksini ziyarət edib. Daha sonra nazir Tapqaraqoyunlu kənd orta məktəbinə gəlib. E. Əmrullayev məktəbdə keçirilən “Son zəng” tədbirini izləyib.

Tədbirdə qeyd olunub ki, Milli Qəhrəman Niyazi Aslanov adına Tapqaraqoyunlu kənd orta məktəbinin bu il 21 məzunu var.APA