Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.
O qeyd edib ki, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb.
C.Valehovun sözlərinə görə, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.