Təhsil tələbə krediti üçün müraciətlərin sayı açıqlandıbackend

“İndiyədək təhsil tələbə krediti üçün 4083 nəfər müraciət edib. Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib”.

Bu barədə “Yeni Gündəm”-ə Təhsil Nazirliyindən bildirilib.

Müraciətlərin nəticəsində ötən il dekabrın 23-də 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

Ötən il noyabrın 25-dən indiyədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3137, “WhatsApp messenger” üzərindən 2160, e-ttkf.edu.az dəstək bölməsinə 1767, portal.edu.az vasitəsilə Təhsil Nazirliyinə və nazirliyə məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7179 sorğu daxil olub.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.