Tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə ŞAD XƏBƏRbackend

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2000 AZN təsis edilib.

Fonddan “Yeni Gündəm”-ə verilən məlumata görə, birdəfəlik pul mükafatı bu gün tələbələrin bir qisminə təqdim edilib.