Tələbə teraktı belə törədib – VİDEObackend

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub. İlkin məlumata görə, atışma nəticəsində 8 nəfər həlak olub, azı 19 nəfər yaralanıb.

İnsidentin universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədildiyi bildirilir.

“Yeni Gündəm”-in məlumatına görə, Rusiya KİV orqanları hüquq fakültəsinin birinci kurs tələbəsi olan Timur Bekmansurovun universitetin həyətinə əlində travmatik silahla daxil olduğu anın görüntülərini yayıb.