Tələbələr Azərbaycandakı Beynəlxalq Miqrasiya Təşkilatını özləri üçün kəşf edirbackend

2019-cu ilin yanvar ayının 18-i tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qyorqiyevin Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları olan tələbələrlə görüşərək onlar üçün təmsil etdiyi təşkilatın təqdimatını keçirmişdir.

“Yeni Gündem”-in məlumatına görə, çıxışında cənab Qyorqiyev iştirakçılara BMqT-nin tarixi, prinsipləri, təşkilatın qlobal layihələri, beynəlxalq, regional və ölkə daxili məsələlərdə onun rolu, nailiyyətləri, beynəlxalq və regional miqrasiya prosesləri, miqrantların potensialları və onların cəmiyyətə töhfəsi barədə ətraflı məlumatlar verdi. Tələbələr BMqT-nin Azərbaycandakı Missiyasının ölkəmizdə həyata keçirdiyi və yerli qanunvericiliyin təkmilləşdirilməsi, sərhədlərin idarə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, icmaların inkişafı, miqrantların könüllü qaytarılması və reinteqrasiyası, kəhrizlərin bərpasını nəzərdə tutan layihələrə böyük maraq göstərmişlər.
Tədbirin sonunda Vladimir Qyorqiyev iştirakçıların suallarını cavablandırdı.

Students discovers International Organization for Migration in Azerbaijan

On 18 January 2020, Mr Vladimir Gjorgjiev, the Chief of UN IOM Mission in Azerbaijan had a brief presention to participants of “Migration School” project implemented by the State Migration Service.
In his presentation Mr Gjorgjiev gave valuable information to the students about IOM history, principles, its global projects, role of the IOM in international, regional, and country level affairs, achievements, international and regional migration processes, and the value of the migrant’s potentials and their contribution to the society. The students showed great interest in the locally implemented projects of IOM Azerbaijan Mission such us legislation development, border management, prevention of irregular migration, community development, return and reintegration of migrants, movement assistance, rehabilitation of subterranean water systems called “Kahriz”, and etc.
At the end of the presentation Mr. Vladimir Gjorgjiyev answered the participants’ questions.