Tələbələr gecə zəhərlənib… – Ölən qız nişanlı imiş + Yenilənirbackend

Xəbər verdiyimiz kimi, BDU-nun yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri ölüb, digərlərinin vəziyyəti ağırdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zəhərlənmə halı ötən axşam müşahidə olunub. Belə ki, tələbə qızlar gecə Təcili Tibbi Yardım çağırıb. Həkimlər zəhərlənmə olduğunu bildirərək qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr imtina edib. Müalicə ambulator şəraitdə davam edib.

Səhər yenidən Təcili Tibbi Yardım çağırılıb. Bu zaman artıq bir tələbənin öldüyü məlum olub.

Zəhərlənmə səbəbi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızlar huşsuz vəziyyətdə tapılıb və ağızlarından qan gəlib.

***

Ölən tələbəninin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib və onun nişanlı olduğu bildirilib. Ş. Hasmətova Fizika fakültəsinin tələbəsi olub.

***

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.

***

Zəhərlənən digər iki tələbənin adı da açıqlanıb. Onlar Dilrubə Quliyeva və Həmidə İbadovadır.

Murad Əhməd