Tələbələrə MÜHÜM XƏBƏRbackend

“Tələbə kreditləri, tələbə xərcləri ilə bağlı məsələlər dövlət büdcəsinin dəyişməsinə səbəb ola bilər. Buna görə də bu, qanunverici orqanla müzakirə olunmalıdır. Üçüncü oxunuşa qədər bu məsələyə baxıla bilər”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, iqtisadi fəaliyyətin bərpa olunması ilə bağlı məsələyə hökumət və Operativ Qərargah baxır: “Əminik ki, həmin sahələrin fəaliyyətinin bərpa olunması ilə bağlı yaxın vaxtlarda qərarlar olacaq”.