Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müəllimi BDU-dan qovuldubackend

Adı rüşvət qalmaqalında hallanan Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin kafedra müəllimi Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Bu barədə BDU-dan “Yeni Gündəm”-ə verilən məlumatda bildirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi adıçəkilən müəllimin imtahandan keçmək üçün onlardan 3-5 min manat məbləğində rüşvət tələbə etməsi barədə iddia irəli sürüblər.