TENDERLƏRDƏ İŞTİRAK ETMƏK İSTƏYƏNLƏRƏ YENİ FÜRSƏTbackend

Dünyada olduğu kimi ölkəmizdə də “tender” sözü rəqabət əsasında qiymətləndirmə” üsulu ilə satınalma mənasını kəsb edir. Dövlət və ya özəl təşkilatlar satınalma müsabiqəsi vasitəsilə lazım olan mal, iş və xidmətlərin satınalınmasını elan edirlər. Elan əsasında təhcizatçılar və ya xidmət göstərənlər şərtlər toplusunun tələblərinə uyğun öz təkliflərini verirlər. Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli “Dövlət Satınalmalar haqqında” qanun əsasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.

Ölkəmizdə fəaliyyət göstərən orta və kiçik sahibkarlar mal, iş və ya xidmətlərini təqdim etmək üçün öz marketinq tədbirlərinə daha çox önəm verirlər. Bazar iqtisadiyyatının lakomotivi rəqabət olduğu üçün marketinq fəaliyyəti sahibkarların bazarda iştirakını təmin edəcək əsas açarlardan biridir. Sahibkarların əlavə olaraq satınalma prosedurlarında iştirakı etməsi iri sifarişlər əldə etməsinə yol açır. Bu da öz növbəsində iri satışların qısa müddətdə daha az xərclə həyata keçirilməsinə şərait yaradır və iqtisadi baxımdan daha rentabelli hesab edilir. Digər tərəfdən Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlar mal, iş və ya xidmətlərini satınalma müsabiqəsinə təqdim edə bilmirlər. Prosedurların və tələb olunan şərtlərin çox olduğundan əlavə zaman sərf etməyə və işçi cəlb edilməsinə maraqlı olmurlar.

“Yeni Gündəm” xəbər verir ki, yeni yaradılmış “Biznesin İnkişafı və Satınalma üzrə Konsaltinq” öz xidmətlərini 2021-ci ildən başlayaraq təqdim etməyə başlayır. Azərbaycan Respublikasının ərazisində elan edilən satınalma müsabiqələrində iştirak etmək istəyən iddiaçılara məsələhət xidmətlərini təklif edir. Xidmətlərin əsas portfeli tələb olunan sənədlərin düzgün tərtib edilməsi və ən əsası müsabiqələrin elan edildiyi və satınalınması nəzərdə tutulan mal, iş və xidmətlərə dairbazar araşdırması aparılması və optimal təkliflərin hazırlanması olacaq. “Biznesin İnkişafı və Satınalma üzrə Konsaltinq” eyni zamanda sifarişçi dövlət müəsissələrinə və idarələrinə satınalma, bazar araşdırmaları, idarə etmə və iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə məsləhət xidmətlərini təklif edəcək.

“Biznesin İnkişafı və Satınalma üzrə Konsaltinq” yaradılacaq platformalar üzərindən özəl sektora aid böyük şirkətlər mal, iş və xidmətlərin satınalmasına dair “tender” müsabiqələrini elan edə biləcəklər. Bu platforma üzərindən sahibkarlar daha rahat məhsullarını təqdim edəcəklər və müsabiqəni elan edən tərəf də daha optimal təklifi seçə biləcək.

Yeni yaradılan xidmət müxtəlif paket formalarında təklif ediləcək. Sahibkarlar bu xidmətlərdən yararlanmaq üçün öncədən onlara dair qiymətləndirmə aparılacaq. Müraciət edənlərin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq öhdəlikləri, təcrübələri və perspektivləri araşdırıldıqdan sonra aidiyyatı olaraq müxtəlif məsləhət xidmətləri təklif olunacaq.

Qeyd edək ki, tenderlərdə iştirak etmək istəyənlər www.bisk.az saytında müntəzəm məlumat ala biləcəklər.

“Yeni Gündəm”