Tənzilə Rüstəmxanlının gənclərlə görüşü baş tutubbackend

26 noyabr tarixində “Davam” Gənclər Hərəkatı və “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının gənclərlə görüşü baş tutub.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə Heyətinin üzvü Rasul Çunayev, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, GTİD sədri Toğrul Allahverdili və davamçı gənclər iştirak edib.

Görüş zamanı Tənzilə Rüstəmxanlı Azərbaycanın şanlı Zəfəri ilə bağlı öz təəssüratlarını bölüşüb, tariximizin xarici ölkələrdə təbliği ilə bağlı fikirlərini bildirib. O cümlədən müəllifi olduğu “Türkçülük yolunda”, “Türk-müsəlman soyqırımı”, “Erivandan Hocalıya”, “İstiqlalımızın təməl daşları”, “Üç qitədə izimiz” kitabları ilə bağlı müzakirələr edilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.

Görüş Tənzilə Rüstəmxanlının doğum gününə təsadüf etdiyinə görə “Davam”ın sədri Nihad Allahyarlı bu münasibətlə onu təbrik edərək hərəkat adından plaket və gül buketini təqdim edib və gənclərlə birgə doğum günü qeyd olunub.