Tərlan Novxanının qardaşı qızı ermənini məğlub edib Avropa ikincisi oldu – FOTObackend

Tanınmış meyxanaçı Tərlan Novxanının qardaşı qızı Xuraman Cavadzadə ermənini məğlub edərək, Avropa ikincisi olub.

Bu barədə meyxanaçının özü xəbər verib.

Gənclər və İdman Nazirliyinin rəsmi məlumatına əsasən, Maltanın paytaxtı Valetta şəhərində taekvondo üzrə yeniyetmələr arasında Avropa brinciliyində Azərbaycan idmançıları Zəhra İsayeva (29 kq) qızıl, Xuraman Cavadzadə (37 kq) gümüş medal qazanıblar.

Zəhra İsayeva mübarizəyə 1/4 finaldan başlayıb. İlk döyüşündə Elli Antoniounu (Kipr) məğlub edən taekvondoçumuz yarımfinalda Arijana İvanoviclə (Serbiya) üz-üzə gəlib. Bu dueldən də qalib ayrılan İsayeva finalda Efe Nazlı (Türkiyə) ilə qüvvəsini sınayıb. Təmsilçimiz uğurlu seriyasını davam etdirərək döyüşdən yenə qalib ayrılıb və çempion tituluna yiyələnib.

37 kq çəki dərəcəsində mübarizə aparan Xuraman Cavadzadə isə 1/8 finalda Lilo Gameli (Fransa), ardınca Eyla Makası (Bosniya və Herseqovina) məğlub edib. Cavadzadə yarımfinalda ermənistanlı Melanie Qrace Ayvazyana da gücünü göstərib. Rəqibinə heç bir şans verməyən taekvondoçumuz inamlı qələbə qazanıb. O, finalda isə Sofiya Hiniçlə (Xorvatiya) döyüşüb və rəqib üstün olduğundan gümüş medala layiq görülüb.

Beləliklə, yığmamız Avropa birinciliyinin ilk gününü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.

Balaca idmançılarımızı biz də TƏBRİK EDİRİK! Uğurları bol olsun!Big.az

Tərlan Novxanının qardaşı qızı ermənini məğlub edib Avropa ikincisi oldu - FOTOTərlan Novxanının qardaşı qızı ermənini məğlub edib Avropa ikincisi oldu - FOTOTərlan Novxanının qardaşı qızı ermənini məğlub edib Avropa ikincisi oldu - FOTOTərlan Novxanının qardaşı qızı ermənini məğlub edib Avropa ikincisi oldu - FOTOTərlan Novxanının qardaşı qızı ermənini məğlub edib Avropa ikincisi oldu - FOTO