Terminaldan işıq pulu ödənişlərinə görə əlavə 1 manat TUTULACAQbackend

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib.

“Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, – deyə Əfəndiyeva qeyd edib