“Tərtər işi” üzrə həbs olunan daha 7 nəfərin hökmü ləğv edildibackend

“Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən daha 7 şəxsin hökmü ləğv edilib.

Bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən – Natiq Quluzadə, Nicat Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizadə və Orxan Babayevin apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Qeyd edilib ki, Tərtər Hərbi Məhkəməsində 7 nəfərin hazırlıq iclasına baxılacaq.

Report