Texniki sahə üzrə mütəxəssis: “Kombi və radiatorlar il ərzində iki dəfə təmizlənməsə ciddi problemlər yaranır” – VİDEObackend

Azərbaycan mətbuatında ən çox diplomla təltif olunan jurnalistlərdən biri hesab olunan Təbriz Vəfalı bir çox yazı müsabiqələrində də qələminin gücünü sınayıb.

Təbriz Vəfalı eyni zamanda həm də kombi və radiator ustası kimi tanınır.

Ölkə başçısı İlham Əliyev tərəfindən jurnalistlərə hədiyyə olunan mənzillərdə qonşuları qələm dostlarının mənzillərində yaranan problemləri dərhal həll edir.

İlin müxtəlif dövrlərində, xüsusilə də payız-qış mövsümündə təbii qazın, elektrik enerjisinin və içməli suyun verilməsində müəyyən müddətə fasilənin yaranması da kombilərin normal iş prinsipini pozur və bəzi problemlərin yaranmasına gətirib çıxarır.

Bu fikirləri Təbriz Vəfalı “Atv Səhər” proqramında texniki sahə üzrə mütəxəssis kimi bildirib.

Təbriz Vəfalının kombi və radiatorlarda yaranan problemlər,onların həll yolları ilə bağlı müsahibəsini oxucularımıza təqdim edirik:Analoq.az