Təxribat törətmək istəyərkən öldürülən erməni hərbçilərin adları məlum oldu – SİYAHIbackend

Xəbər verdiyimiz kimi, Rəsmi İrəvan 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Qarabağ bəyannaməsini pozan təxribat xarakterli əməllərinə davam edir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi məhv edilib.

Ermənistan Müdafiə Nazirliyi açıqlamasında cəbhədə intensiv döyüşlərin getdiyini, üç erməni hərbçinin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.

Onlar öldürülən hərbçilərinin adını da açıqlayıb.

– Hayk Gevorqyan (baş leytenant)
– Koryun Harutyunyan (əsgər)
– David Koçaryan (əsgər)
Qeyd edək ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü Azərbaycan tərəfindən qəbul edilib.