Təyyarə qəzasının ilkin səbəbi açıqlandıbackend

Ukrayna sərnişin təyyarəsinin İranda qəzaya düşməsinin ilkin səbəbi açıqlanıb.

“Yeni Gündem” xəbər verir ki, Tehran hava limanının nümayəndəsinin “IRNA” agentliyinə verdiyi məlumata görə, təyyarənin qəzaya uğramasının səbəbi mühərrikdəki yanğın olub.

İranın Fövqəladə Hallar Nazirliyinin rəhbəri də öz növbəsində agentliyə bildirib ki, qəzanın səbəbi texniki nasazlıqla bağlıdır, başqa səbəb yoxdur. Eyni zamanda, qara qutu da hələ ki, tapılmayıb.

Qeyd olunur ki, sərnişin təyyarəsi yeni istehsal olunub.

Bundan əlavə, yerli təcili yardım idarəsinin rəisinin “RİA Novosti”yə verdiyi məlumata görə, sərnişinlərin əksəriyyəti İran vətəndaşları olub.

Təyyarə qəzadan sonra tamamilə yanıb.

Xatırladaq ki, qəza nəticəsində 167 sərnişin və 9 ekipaj üzvü həlak olub.