Təyyarədən istifadə edən tələbələr üçün güzəştlər artırılsın – TƏKLİFbackend

“Tələbələrə avtobuslarda, metrolarda, qatarlarda, hava limanlarında müxtəlif güzəştlərin tətbiqinin büdcədə nəzərə alınmasını təklif edirəm”.

“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cəbi Quliyev deyib.

Deputat bildirib ki, Naxçıvanda yerləşən təhsil müəssisələrində təhsil alan gənclərimizi bu məsələ xüsusi ilə maraqlandırır:

“Ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə gənc Naxçıvanda təhsil alır. Eyni zamanda, hər il Naxçıvandan yüzlərlə gənc ölkəmizin müxtəlif yerlərində baş tutan layihələrdə iştirak etmək üçün hava yollarından istifadə edirlər. Bu gün tələbələr üçün hava nəqliyyatından istifadə üçün güzəştlər nəzərdə tutulub. Lakin imkan olarsa, bu güzəştin miqdarının artırılması Naxçıvanda yaşayan tələbələri sevindirmiş olar”.