Tibb Universitetinə yeni prorektor təyin olunubbackend

Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub. Belə ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

“Yeni Gündəm” bildirir ki, universitetdən verilən xəbərə görə, prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi. //APA