Ticarət gəmisi hücuma məruz qaldıbackend

Ukrayna bəyan edib ki, Rusiyanın Qara dənizdəki Ukraynanın Odessa vilayətindəki limanına daxil olan Liberiya bayrağı altındakı ticarət gəmisini raketlə vurub.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, açıqlamada hücum nəticəsində gəminin kapitanının öldüyü, Filippin vətəndaşı olan 3 ekipaj üzvünün isə yaralandığı bildirilib.

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov verdiyi açıqlamada gəminin Çinə dəmir filizi daşıdığını və Rusiyanın taxıl müqaviləsindən çıxmasından sonra limanlara 21 hücum təşkil etdiyini bildirib.

Gəmiyə hücum anının görüntüləri ortaya çıxıb. Videoda raketin gəmiyə dəyməsindən sonra yaranan qığılcımların səmanı işıqlandırdığı, daha sonra isə tüstünün qalxdığı görülüb.

Rusiya 2023-cü il iyulun 17-də müddəti başa çatan Qara dəniz Taxıl Dəhlizi Müqaviləsinin müddətini ərzaq məhsullarının satışının qarşısındakı maneələrin aradan qaldırılmadığını əsas gətirərək uzatmayacağını açıqlamışdı. Bu qərardan sonra Rusiya Ukrayna limanlarına hücumlarını artırıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal