Tikinti şirkəti sakinlərin yolunu dağıtdı – VİDEObackend

Abşeron rayonunun Msazır qəsəbəsində çoxmərtəbəli binanın özülü qazılarkən təhlükəsizlik qaydalari kobud şəkildə pozulub. Nəticədə sakinlərin istifadə etdiyi yol çöküb. Yaxınlıqdakı evə də ciddi təhlükə yaranıb.

Yeni inşa olunacaq binanın təməli qoyulan zaman sakinlərin istifadə etdiyi yol çöküb. Ərazidə təhlükəli vəziyyət yaranıb. Sakinlər öz evlərinə gedib-gələ bilmirlər.

Qəsəbədə “Qəsr” MTK tərəfindən növbəti çoxmərtəbəli yaşayış binasının təməli qazılan zaman təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.

Sözügedən tikinti şirkətindən problemə münasibət bildirilmədi.

Abşeron Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, məslədən xəbərləri var və “Qəsr MTK” tərəfindən, FHN-dən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan razılıq əsasında həmin ərazidə qanun çərçivəsində bina inşa olunan zaman şirkət tərəfindən təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Bununla bağlı RİH-nin Memarlıq və Tikinti şöbəsinin, eləcə də Masazır kənd icra nümayəndəliyinin iştirakı ilə həmin ünvana dərhal baxış keçirilib. MTK rəhbərliyi də sözügedən əraziyə dəvət olunaraq qısa vaxt ərzində təcili tədbirlərin görülməsi üçün ona xəbərdarlıq edilib.