“Tikintidə işləyənlə müəllimin pensiya yaşının eyni görülməsi düzgün deyil” – Siyavuş Novruzovbackend

Milli Məclisin deputatı, komitə sədri Siyavuş Novruzov pensiya yaşının müxtəlif təbəqələr üzrə fərqli olmasını təklif edib.

“Yeni Gündəm”-in məlumatına görə, S. Novruzov qeyd edib ki, pensiya yaşları ilə bağlı məsələyə yenidən baxılmalıdır: “Məsələn, 65 yaşında adam fəhlə işləyə bilməz. Müəllim isə 65 yaşda təzə-təzə fəaliyyətə başlayır. Deyirlər ki, hələ təzə müdafiə ediblər, ad alıblar və.s Ona görə də yaş hədləri müxtəlif tutulmalıdır. Necə ki, hüquq-mühafizə orqanlarında pensiya yaşı 55 yaşdır”.

Deputat həmçinin əlilliyi olan şəxslərin statusunun ləğv edilməsi məsələsinə də toxunub. O qeyd edib ki, kimin əlilliyi ləğv edilirsə, onlara məlumat verilməlidir: “Həmin şəxslərə alternativ olaraq iş yerləri təmin edilməli, özünəməşğulluq proqramına daxil edilməlidir. Adam bu gün təqaüd alır, sabah deyirlər ki, almırsan. Pandemiya dövründə kiminsə evinə gələn pulu kəsməyə başlamışıq. Onların böyük hissəsi sosial pensiya ilə təmin olunmalıdır.

Son günlər Qarabağ əlilləri adından istifadə etmə də cəmiyyətdə problemlər yaradır. Mən buna görə də reyestrinin sürətləndirilməsini tələb edirəm”.