Dünyanın bir çox ölkəsində TikTok-un qadağan olunduğu karvana Qırğızıstan da qoşulub. Açıqlamada TikTok-da uşaqların əxlaqi tərbiyəsinə mənfi təsir göstərə biləcək və psixoloji sağlamlığına zərər verə biləcək məlumatların olduğu diqqətə çatdırılıb.
“Yeni Gundem” xəbər verir ki, Çində fəaliyyət göstərən TikTok sosial media platforması başqa bir ölkədə qadağan edilib. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyindən verilən açıqlamada TikTok-un uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən çoxlu şikayətlərin olduğu bildirilib.
TikTok-un istifadəçini qısa kliplərdən ibarət virtual aləmə sürüklədiyi və bunlara baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışdığına diqqət çəkən açıqlamada bu vəziyyətin emosional vəziyyətə mənfi təsir göstərdiyi vurğulanıb.
Bu səbəblərdən ölkədə TikTok-un qadağan edilməsinə qərar verildiyi bildirilən açıqlamada qərarın icrası üçün Rəqəmsal İnkişaf Nazirliyinə müraciət edildiyi bildirilib. Bəs, dünyanın ən məşhur sosial media platformalarından biri olan TikTok hansı ölkələrdə qadağandır? TikTok-un qadağan olunduğu ölkələr bunlardır: ABŞ, Kanada, Almaniya, Fransa, İrlandiya, Avstriya, Danimarka, İsveç, Norveç, Böyük Britaniya, Yeni Zelandiya, Avstraliya, Əfqanıstan, Hindistan, İordaniya və Tayvan.
Mənbə: TGRT
Aynur Camal