“TikTok”da atasının silahı ilə paylaşım etdi – Polis HƏRƏKƏTƏ KEÇDİbackend

Laçın sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən “Yeni Gundem”-ə verilən xəbərə görə, əvvəllər məhkum olunmuş F.Lətifovun oğlu C.Lətifovun sosial şəbəkə hesabında atasına məxsus ov tüfəngini paylaşıb.

Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş F.Lətifovun şəhər ərazisində yaşadığı evdən qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.