Tofiq Paşayev: Məhkəmə kompleksində il ərzində təxminən 28-32 min iş baxılacaqbackend

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Məhkəmə kompleksində yaradılan şəraitlə bağlı mətbuata açıqlama verib.

“Yeni Gündəm”in mılumatına görə, T.Paşayev açıqlamasında bildirib : ” Məhkəmə kompleksində hakimlər və məhkəmə aparatı işçiləri üçün mükəmməl şərait yaradılıb .Ən önəmlisi vətəndaşlar və iştirak edən tərəflər üçün də yaxşı şərait yaradılmışdır. İnformasiya kommunikasiya texnikasının yerləşdirilməsindən istifadə və müraciət zamanı məhkəmə prossesləri gedişində hakimlərin və məhkəmə aparatının işçilərinin fəaliyyəti İKT -dən istifadə olunması nəzərdə tutulub. Bu da bilavasitə məhkəmə aparatın işinə öz müsbət təsirini göstərəcək

İşlərin vaxtında təyin edilməsi prosseslərin vaxtında keçirilməsi üçün 24 məhkəmə iclas zalı mövcuddur. Əlbətdə bu da öz növbəsində süründürməçiliyin aradan qaldırılmasına gətirib çıxaracaq. Bu da şübhəsiz ki vətəndaşların məmnunluğuna səbəb olacaq və onların hüquqlarının müdafiəsinə daha geniş zəmin yaradacaqdır”

Həmçinin T.Paşayev vurğulayıb ki məhkəmə kompleksində il ərzində təxminən 28-32 min iş baxılacaq.

Yenigundem.az
Ayşən Rəhim